Modern.az

Ukraynada normal rejimdə işləyirik - SOCAR

Ukraynada normal rejimdə işləyirik - SOCAR

Aktual

25 Fevral 2022, 09:52

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Ukraynadakı törəmə şirkəti (SOCAR Energy Ukraine) normal rejimdə işləyir.

 

Bu barədə Modern.az-a şirkətdən məlumat verilib.

 

"Hələ kifayət qədər yanacaq ehtiyatı var, bəzi yanacaqdoldurma məntəqələrində fasilələr ola bilər. Biz mümkün olan hər şeyi edirik ki, hamı üçün kifayət qədər yanacaq olsun", - şirkətin açıqlamasında bildirilib.

 

Qeyd edək ki, SOCAR Ukraynada 2009-cu ilin dekabrında yaradılan “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?