Modern.az

Rusları dayandırmaq üçün körpüləri partlatdılar

Rusları dayandırmaq üçün körpüləri partlatdılar

Aktual

25 Fevral 2022, 11:58

Ukraynanın hərbi qüvvələri Rusiya hərbçilərinin irəliləməsinə mane olmaq üçün paytaxt Kiyev yaxınlığında iki körpünü partladıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

 

Hadisə cümə axşamı Rusiya qüvvələrinin Ukraynaya daxil olmasından və ölkəyə raket zərbələri endirməsindən sonra baş verib.

 

Qeyd olunub ki, Kiyevin qərbindəki İrpində və Hostomeldə yerləşən daha bir körpü partladılıb.

 

Fatma Abdulla

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı