Modern.az

“Ukraynanı zülmdən azad etmək üçün müharibəyə başladıq” - Lavrov

“Ukraynanı zülmdən azad etmək üçün müharibəyə başladıq” - Lavrov

Aktual

25 Fevral 2022, 14:23

“Rusiya Prezidenti Vladimir Putin Ukraynanı millətçi zülmdən azad etmək və ölkə vətəndaşlarına öz gələcəklərini təyin etmək imkanı vermək üçün Donbassda hərbi əməliyyat keçirmək qərarına gəlib”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

“Müttəfiq öhdəliklərimizə uyğun olaraq, Prezident Putin Ukraynada hərbi əməliyyat keçirməyə qərar verdi ki, ukraynalılar öz gələcəklərini sərbəst şəkildə təyin edə bilsinlər. Bir neçə ildir ki, Qərb dövlətləri Ukraynada millətçilik hisslərinin və rusofobiyanın yayılmasına məhəl qoymayıb. Bütün əvvəlki illərdə qərbli həmkarlar Kiyev rejimini müdafiə ediblər və Donbassda dinc əhaliyə qarşı hərbi cinayətlərə əhəmiyyət verməyiblər”, - deyə rusiyalı nazir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı