Modern.az

Lavrov: “Zelenki fürsəti əldən verib”

Lavrov: “Zelenki fürsəti əldən verib”

Aktual

25 Fevral 2022, 14:47

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edərkən yalan danışır.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

“İndi o, Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu deyəndə, sadə dillə desək, sizə yalan danışır. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər irəli sürərkən onunla danışıqlar aparmayıb və fürsəti əldən verib. Biz təhlükəsizliyin təmin edilməsi üçün istənilən variantları təklif etdik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu barədə Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında da deyib”,- Lavrov qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı