Rusiya gələn mövsüm üçün Formula 1 Qran Prisinə ev sahibliyi etmək hüququndan məhrum edilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FIA rəsmi məlumat verib.
Qurum bu gün yaydığı bəyanatda indiki şəraitdə Rusiya Qran Prisini keçirməyin mümkün olmadığı bildirilib:
"FIA Formula 1 Dünya Çempionatı insanları birləşdirmək, xalqları bir araya gətirmək üçün müsbət baxışı ilə bütün dünya ölkələrinə səfər edir"
FIA Ukraynadakı duruma toxunaraq bunları deyib:
“Ukraynada baş verənləri kədər və sarsıntı ilə izləyirik və hazırkı böhranın tezliklə və sülh yolu ilə həllinə ümid edirik”.

Turqay Musayev