Modern.az

Döyüşlərdə 57 mülki ukraynalı ölüb

Döyüşlərdə 57 mülki ukraynalı ölüb

Aktual

25 Fevral 2022, 17:03

"Rusiya Prezidenti Vladimir Putinin işğala başladığı gündən bəri 450 rus əsgəri və 194 ukraynalı, o cümlədən 57 mülki şəxs həlak olub".

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heappey İcmalar Palatasında deputatlara bildirib.

 

Qeyd edək ki, daha öncə Birləşmiş Millətlər Təşkilatının Hüquq Şurası müharibə zamanı 25 mülki şəxsin həlak olduğunu açıqlamışdı.

 

Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı