Şuşada folklor, fotoqrafiya və incəsənət festivalları keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.
Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2022-ci ilin mayında Xarıbülbül” beynəlxalq folklor festivalının keçirilməsini təmin etməlidir.
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fonduna 2022-ci il ərzində Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivalının keçirilməsini təmin etmək tapşırılıb.
Bundan əlavə, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu “Şuşa-2022” beynəlxalq incəsənət festivalının keçirilməsini təmin etməlidir.