Modern.az

Zelenski Kiyevdə olduğunu belə sübut etdi - VİDEO

Zelenski Kiyevdə olduğunu belə sübut etdi - VİDEO

Aktual

25 Fevral 2022, 21:42

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə olduğunu əks etdirən görüntülər paylaşıb.

 

Modern.az xəbər verir ki, Zelenski Prezident Aparatının qarşısındakı meydanda lentə aldığı videonu sosial şəbəkə hesabında yayıb.

 

Kadrlarda onunla birlikdə Prezident Aparatının əməkdaşları, baş nazir, “Xalqın qulluqçusu” fraksiyasının sədri də yer alıb.

 

“Fraksiya lideri buradadır, Prezident Aparatının rəhbəri buradadır, Baş nazir Şmiqal buradadır, Podolyak buradadır, Prezident buradadır. Hamımız buradayıq. Hərbçilərimiz buradadır. Vətəndaşlar, ictimaiyyət buradadır. Biz hamımız buradayıq. Biz müstəqilliyimizi, dövlətimizi müdafiə edirik. Bundan sonra da belə olacaq”,- deyə Zelenski çıxışında deyib.

 

Qeyd edək ki, bu gün bəzi xarici KİV orqanlarında Zelenskinin Kiyevi tərk etməsi barədə iddialar yayılmışdı.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı