Modern.az

Rusiya Kiyevi "İsgəndər"lə vurdu - VİDEO (YENİLƏNİB)

Rusiya Kiyevi

Aktual

28 Fevral 2022, 21:51

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini "İsgəndər" ballistik raketi ilə vurub.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

 

"Dəqiq yer və qurbanlar müəyyənləşdirilir", - deyə nazir müavini qeyd edib.

 

***

21:29

 

Ukraynanın paytaxtı Kiyev şəhərində bir neçə dəfə güclü partlayış səsləri eşidilib.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 18:40-da baş verən partlayışların şəhər mərkəzinin cənubunda qeydə alındığı bildirilir.

 

Məlumata görə, gün ərzində Kiyevdə güclü partlayışlar olub. Hadisədən dərhal sonra paytaxtda həyəcan siqnalı işə düşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı