Modern.az

Ukraynadakı diplomatlarımızın ailələri təxliyə olundu

Ukraynadakı diplomatlarımızın ailələri təxliyə olundu

Aktual

3 Mart 2022, 15:50

Azərbaycanın Ukraynadakı səfirliyində çalışan diplomatların ailə üzvləri paytaxt Kiyevdən təxliyə olunublar.


Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. 

 

Hazırda Azərbaycanın Ukraynadakı səfirliyində 6 diplomat fəaliyyət göstərir. 

 

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın ötən gün mediaya verdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir. Bundan əlavə, XİN rəsmisi vurğulayıb ki, Moldova və Polşadakı səfirliklərə əlavə diplomatlar ezam olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV