Modern.az

“Rus hərbçilər ukraynalıların həyatını xilas edir” - Putin

“Rus hərbçilər ukraynalıların həyatını xilas edir” - Putin

Aktual

3 Mart 2022, 17:18

“Hazırda planla davam edən Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri dinc sakinlərin həyatını xilas etmək üçün əlindən gələni edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Fransanın dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

 

"Xüsusilə vurğulanır ki, plana uyğun davam edən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri dinc sakinlərin (Ukrayna vətəndaşlarını nəzərdə tutur-red) həyatını xilas etmək üçün əlindən gələni edir. Yüksək dəqiqlikli silahlardan sırf hərbi infrastrukturu məhv etmək üçün istifadə olunur.

 

Raketin davam etdiyi iddialar, Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlar və bombardmanlar reallığa uyğun gəlmir və anti-Rusiya dezinformasiya kampaniyasının elementləridir”,- deyə Putin Ukraynada davam edən müharibə ilə bağlı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV