Rusiya bu gün Ukraynanın Xerson şəhərində “Xerson Xalq Respublikası”nı elan etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, martın 4-də Xerson Azadlıq meydanında rus işğalçıları Rusiya Federasiyasının bayraqlarını dalğalandıracaq və "Xerson Xalq Respublikası"nın yaradıldığını bəyan edəcəklər.
Bunun üçün şəhərə 2 iri avtobus, 20 minik avtomobili, 2 mikroavtobus və 7 “QAZel” gətirilir.
Mərkəz Xerson sakinlərini bu mitinqdə iştirak etməməyə və manipulyasiyalara uymamağa çağırıb.
Qeyd edək ki, Rusiya qoşunları Xerson şəhərini işğal edib.