Modern.az

Korrupsiyaya qarşı mübarizədə Azərbaycandakı ən hay-küylü işlər sadalandı

Korrupsiyaya qarşı mübarizədə Azərbaycandakı ən hay-küylü işlər sadalandı

Aktual

23 Yanvar 2013, 11:26

Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, cinayət başında yaxalanmış şəxslər  barəsində 29, o cümlədən korrupsiya pozuntuları ilə bağlı toplanmış materiallar üzrə 4 cinayət işi başlanılıb. Qeyd olunan cinayət işlərindən 23-nu  ibtidai istintaq üzrə tamamlanaraq baxılması üçün aidiyyatı məhkəmələrə göndərilib.

Həmin işlər arasında torpaq sahəsi kimi ayrılması Bakı Şəhəri Binə qəsəbəsi bələdiyyəsinin sədri və onun müavinin 4500 manat, hesablanmış cərimələrin silinməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 1 saylı region üzrə müfəttişliyinin rəis müavinin 1500 manat, vətəndaşın ikinci ali təhsil almaq üçün universitetə qəbul edilməsi məqsədi ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəlliminin 40 min manat, Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyatları nəticəsində vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkilinin 1500 ABŞ dolları rüşvət almaları faktı ilə bağlı işlər olub.

2012-ci il ərzində idarənin istintaq şöbəsi tərəfindən 298 şəxs barəsində, 170 cinayət işinin  istintaqı tamamlanaraq, baxılması üçün aidiyyatı məhkəmələrə göndərilib.  


 

Gültəkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı