Modern.az

Ümumdünya Yer Kürəsi Günüdür

Ümumdünya Yer Kürəsi Günüdür

Aktual

20 Mart 2022, 08:59

20 mart -Yer Kürəsi Günüdür. 51 il əvvəl bununla bağlı rəsmi qərar qəbul olunub.

 

Modern.az BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, Ümumdünya Yer kürəsi Günü 1971-ci ildə təsis olunub və hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir.

 

Yer Gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd olunmağa başlanılıb və bu münasibətlə keçirilən tədbirlərdə iştirakçıların sayı 141 ölkəni əhatə edərək 200 milyona çatıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində bu gün müxtəlif aksiyalar ilə yadda qalır.

 

Yer Günü əsasən, iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist, ikincisi isə ekoloji istiqamətə malikdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı