Martın 19-da Ukrayna Baş Kəşfiyyat İdarəsi və "Azov" alayının döyüşçüləri Rusiya ilə sərhəd yaxınlığında dəmir yolu körpüsünü partladıblar.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, bu yolla işğalçılar öz qoşunlarına sursat və ləvazimat gətirməyi planlaşdırırdılar.
“Ukrayna dialoqu” nəşrinin Telegram kanalında körpünün altına partlayıcı maddələr olan qutuların qoyulması və onun partladılması prosesinin pilotsuz təyyarə ilə lentə alınmış videosu yayılıb.
Qeyd olunub ki, "düşmən artıq dağıdılmış körpü ilə bir patron belə çatdıra bilməyəcək".
Bu gün məlum olub ki, İrpen çayının bəndini partlatmaqla ruslar Kiyev istiqamətində manevr və hücum etmək imkanından məhrum olublar. Eyni zamanda rus əsgərləri öz əməlləri ilə bir neçə kəndin su basmasına səbəb olublar.