Modern.az

Avropa İttifaqının "ən çirkli" ölkəsi

Avropa İttifaqının

Aktual

20 Mart 2022, 11:34

Avropa İttifaqının Statistika Agentliyi (Avrostat) Bolqarıstanı ittifaqın ekoloji baxımdan ən çirkli ölkəsi adlandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avrostat biznes fəaliyyətinin bərpası ilə əlaqədar istixana qazları emissiyalarının artımını qeyd edib.

 

Məlumatda vurğulanır ki, Bolqarıstan artımın lideri olub: bu ölkənin emissiyalarının həcmi ötən illə müqayisədə 22,7 faiz artıb.

 

Daha sonra 16,2 faiz artım Latviya və 13,1 faiz Yunanıstanda qeydə alınıb. Sloveniya, Lüksemburq və Niderlandda emissiyalar 2020-ci ilin üçüncü rübü ilə müqayisədə azalıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı