Modern.az

Qarabağda çin olan Novruz arzularımız...

Qarabağda çin olan Novruz arzularımız...

Aktual

20 Mart 2022, 12:15

Azərbaycan xalqı sevimli bayramı olan Novruzu təntənə ilə qeyd edir.

 

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”,  - Ulu öndər Heydər Əliyev vaxtilə Novruz bayramı ilə əlaqədar arzularını xalqımıza bu sözlərlə ifadə etmişdi.

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

 

Novruz bayramı Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisələrdən biridir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

 

 

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan edilib.

 

Azərbaycan xalqının sevimli bayramı olan Novruz hər il xüsusi təntənə ilə keçirilir. Xalqı birləşdirən bayram şənlikləri təşkil olunur, adət-ənənələr yaşadılır. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir.

 

Pandemiyadan əvvəl Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında təşkil olunurdu. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırırdı.

 

Pandemiya ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejiminin qaydalarına əsasən, bir neçə il ənənəvi Novruz şənliklərinin keçirilməsi məhdudlaşdırılmışdı. Artıq COVID-19 virusuna ölkəmizdə yoluxma sayı kəskin azaldığından və sərt karantin rejimi yumşaldıldığından Novruzun təntənəsi respublikanın digər bölgələri ilə yanaşı məhz azad edilmiş əraziləri də bürüyür.

 

 

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan xalqını Novruz münasibəti ilə təbrik edərək bildirib ki, bu bayram dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir: 

 

“Böyük dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqı zəngin mədəniyyətini, adət-ənənələrini və ədəbiyyatını daim yaşadaraq inkişaf etdirib. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət-ənənələri, bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Bu müstəvidə zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Ulu Öndərimiz qeyd etmişdi, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Ötən il 28 illik fasilədən sonra Prezidentimiz İlham Əliyev qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Bu hadisə xalqımızda böyük qürur hissi doğurdu. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!”-  deyən Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır".

 

Millət vəkili, həmçinin vurğulayıb ki, müasir dövrümüzdə Novruz bayramını daha çox xalqlar və ölkələr qeyd edir: 

 

“Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Bu konteksdə Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə baş verdi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib”.

 

Milli Məclisin deputatı Tamam Cəfərovanın sözlərinə görə, Ulu öndər Heydər Əliyev həmişə görüşlərində xalqımızı inandırırdı ki, gün gələcək, biz öz torpaqlarımıza qayıdacağıq. Ümummilli liderin bu inamı xalqımızda ümid işığını sönməyə qoymadı:

 

"Xalqımızın tarixində, adət-ənənəsində Novruz bayramının özünəməxsus yeri və rolu vardır. Otuz ilə yaxın müddətdə hər Novruz bayramında Azərbaycan xalqının böyük arzusu, diləyi işğal altında olan torpaqlarımızın əsarətdən azad edilməsi idi. Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalçılarından təmizlədi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

 

İkinci ildir ki, Zəfərimizdən sonra Novruz bayramı ölkəmizdə xüsusi təntənə və böyük ruh yüksəkliyi qeyd olunur. İşğaldan azad edilmiş ərazilərimizdə bayram tonqalları yandırılır. Ulu Öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. Tarixi ənənələrimizə uyğun olaraq Prezident İlham Əliyev özündə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət formalaşdırılmasına nail oldu.

 

Arzu edirəm ki, bu Novruz dövlətimizə və xalqımıza bolluq, bərəkət gətirsin. Azərbaycanımız daha da inkişaf edərək, qüdrətini artırsın!”

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı