Modern.az

"Yuventus" Jesusla maraqlanır

Aktual

20 Mart 2022, 13:35

Braziliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Qabriel Jezus karyerasını İtaliyada davam etdirə bilər. Bunun üçün "Yuventus" bütün imkanlarını səfərbər etmək niyyətindədir.

 

Modern.az "Daily Star" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 25 yaşlı hücumçu ilə maraqlanır.

 

"Şəhərlilər" yay transfer dönəmində Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən Erlinq Holannı alsa, Turin təmsilçisi Jezus üçün danışıqlara başlayacaq. "Qoca sinyora" forvard üçün "Mançester Siti"yə 65 milyon funt sterlinq təklif edəcək.

 

Qeyd edək ki, Qabriel Jezus 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!