Modern.az

İtaliyanın koronavirus mənzərəsi

İtaliyanın koronavirus mənzərəsi

Aktual

20 Mart 2022, 14:02

İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 13,8 milyonu ötüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 74 min 24 nəfər artaraq, ümumilikdə 13 milyon 800 min 179-a çatıb. COVID-19-un qurbanlarının sayı isə 85 nəfər artaraq 157 min 692-yə yüksəlib.

 

Hazırda ölkədə 1 milyon 147 min 519 aktiv koronavirus xəstəsi var. Reanimasiya şöbəsində olan xəstələrin sayı 471 nəfərdir. Pandemiya dövründə İtaliyada 12 milyon 494 min 968 nəfər virusdan sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!