Modern.az

Daha bir boksçumuz finalda

Daha bir boksçumuz finalda

Aktual

20 Mart 2022, 23:35

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin iki üzvü finala yüksəlib.

 

Modern.az xəbər verir ki, Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib.

 

Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29).

 

Qədirov isə yarımfinalda eyni hesabla - 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) ukraynalı Elmir Nəbiyevə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb.

 

Hər iki qalib boksçu həlledici döyüşə martın 23-də çıxacaq.

 

Əvəzində Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!