Modern.az

Mirzoyanın qalmaqallı açıqlaması: erməni deputatlar "Qarabağ müzakirəsi" keçirəcək

Mirzoyanın qalmaqallı açıqlaması: erməni deputatlar

Aktual

22 Mart 2022, 11:00

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh təklifi ilə bağlı dünənki açıqlaması ölkəsində qalmaqala səbəb olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ararat Mirzoyanın parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasındakı çıxışı zamanı “hesab edirik ki, martın 10-da Azərbaycan tərəfinin bizə təqdim etdiyi təkliflərdə ümumiyyətlə qəbuledilməz heç nə yoxdur” söyləməsi müxalifətin sərt reaksiyası ilə qarşılanıb.

“Bizim fikrimizcə, burada qəbuledilməz heç nə yoxdur, o başqa məsələdir ki, bu məqamlar Ermənistanla Azərbaycan sülhün bərqərar olunması gündəliyinə tam təsir göstərmir” deyən A.Mirzoyan Qarabağ ermənilərinin hüquqlarının və Qarabağın statusu məsələsinin həllini əsas hesab etdiklərini vurğulayıb.  

“Bu ayrılmaz əsasda biz Azərbaycanla danışıqlara başlamağa hazırıq”, - deyə Mirzoyan bildirib və əlavə edib ki, İrəvan məsələ ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.
 

Martın 22-də İrəvanda parlamentin dördgünlük iclası başlayıb.

Parlamentin gündəliyinə ümumilikdə 23 məsələ daxildir.

“Jogovurd” qəzeti yazır ki, günün sonunda “Mənim namusum var” fraksiyasının “Qarabağda humanitar vəziyyət, təhdidlər və təxirəsalınmaz tədbirlər” adlı təcili müzakirənin keçirilməsi məsələsi müzakirə olunacaq.
Belə təcili iclasın keçirilməsi təşəbbüsünə digər müxalifət fraksiyasının deputatları da qoşulub.

“Həmin iclas yəqin ki, bağlı qapılar arxasında keçiriləcək”, - qəzet yazır.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı