Modern.az

Qarabağ yollarının çəkilişinə xərclənən VƏSAİT

Qarabağ yollarının çəkilişinə xərclənən VƏSAİT

Aktual

28 Mart 2022, 15:40

Ötən il işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına xərclənən vəsait məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında məlumat yer alıb.

 

Hesabatda qeyd edilib ki, 1590, 3 milyon manat işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına və bu ərazilərdə istifadə etmək üçün maşın-mexanizm alınması üçün sərf edilib.

 

Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə ayrılmış vəsait hesabına isə 2021-ci ildə Naftalan şəhərində, Goranboy, Daşkəsən və Tərtər rayonlarında ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 ədəd körpü bərpa edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı