Modern.az

İrəvanın “SU-30” oyunu: Suriyadan yeni təyyarələr GƏTİRİLDİ

İrəvanın “SU-30” oyunu: Suriyadan yeni təyyarələr GƏTİRİLDİ

Aktual

30 Mart 2022, 15:33

Ermənistanın Rusiyaya göndərdiyi döyüş təyyarələri ilə bağlı yeni məqamlar üzə çıxıb.

 

Modern.az "Haber global"a istinadən xəbər verir ki, Moskvaya qırıcıların verilməsi barədə iddiaların dolaşdığı məqamda Suriyadan Ermənistana 4 ədəd SU-30 tipli döyüş təyyarəsi göndərilib.

 

Həmin qırıcılar Rusiyaya göndərilən reaktiv təyyarələri əvəz etmək üçün yerləşdirilib. Belə addımın atılması Ermənistanın mümkün sanksiyalardan qorunmaq niyyətilə əlaqələndirilir. Ermənistan hakimiyyəti Rusiyaya birbaşa dəstək verməklə, açıq şəkildə hədəfə çevriləcəyini bilir. İndiki məqamda həm Ukraynadakı müharibədə Rusiyaya dəstək olmaq, eyni zamanda sanksiyalardan qurtulmaq üçün Suriya optimal variant kimi ortaya atılıb.

 

Digər məlumatda qeyd olur ki, Ermənistan Yaxın Şərqdən Ukraynaya göndərilən əsgərlər üçün tranzit marşrut kimi Rusiyaya yardım edir. Belə ki, suriyalı muzdlular “Erebuni Hərbi Hava” bazasına toplaşır və oradan Rusiyanın Şimali Osetiya Respublikasının Mozdok şəhərinə gedir, daha sonra rus əsgərləri ilə birlikdə Ukraynaya göndərilir.

 

Xatırladaq ki, bu yaxınlarda Ermənistan öz döyüş təyyarələrini və pilotlarını Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya göndərib. 

 

Həmçinin oxuyun:

Ermənistan Ukraynanı vurmaq üçün Rusiyaya qırıcılar göndərdi - VİDEO

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı