Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya hərbi yardım göndərilməsi ilə bağlı sualı cavablandırıb.
Modern.az xəbər verir ki, nazir belə iddanın düzgün olmadığını bildirib.
“Türkiyənin Ukraynaya əsgər göndərməsi ilə bağlı fikirlər düzgün deyil. Belə bir şey iki ölkə arasında imzalanacaq sazişdən sonra mümkün ola bilər”,- deyə XİN başçısı suala aydınlıq gətirib.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Müharibə dövründə Türkiyə Rusiyanın hücumunu pisləyərək, rəsmi Kiyevə siyasi dəstəyini ifadə edib. Bundan əlavə, Ankara iki ölkə arasında atəşkəsin əldə olunması istiqamətində səylərini davam etdirir.