Modern.az

“AMİN” gənclərə çağırış etdi

“AMİN” gənclərə çağırış etdi

Aktual

4 Fevral 2013, 10:50

"Azərbaycan Milli İnkişaf Naminə"(AMİN) İctimai Birliyi fevralın 2-də Gənclər Günü münasibətilə Bakıda World Business Centre-də "Gənclik, dövlətçilik və milli-mənəvi dəyərlər" mövzusunda seminar təşkil edib. Modern.az bildirir ki, ölkənin müxtəlif bölgələrindən 70-ə yaxın gəncin qatıldğı seminarda tarixçi və tanınmış ilahiyyatçı, "Mənəvi dünya" İctimai Birliyinin sədri Hacı Şahin Həsənli dövlətçilyin qorunması, milli-mənəvi dəyərlərin əhəmiyyəti və bu sahədə gənclərin rolu barədə fikirlərini bölüşüb, eləcə də gəncləri maraqlandıran bir sıra suallara cavab verib.
AMİN-in rəhbəri, politoloq İlkin Bağırov bildirib ki, gənclərin milli ruhda tərbiyə edilməsi məqsədilə xalqın rəğbətini qazanmış ictimai, siyasi, mədəniyyət, din xadimləri, eləcə də Azərbaycan cəmiyyətində tanınmış digər şəxsiyyətlərlə bundan sonra mütəmadi olaraq görüşlər keçiriləcək.
Qeyd edək ki, seminar “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının və "Maarif TV"-nin təşkilati və informasiya dəstəyi ilə baş tutub.

 

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı