Modern.az

Belarus Ukraynada əməliyyat keçirib

Belarus Ukraynada əməliyyat keçirib

Aktual

7 Aprel 2022, 15:40

Belarus qüvvələri Ukrayna ərazisində əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

 

“Xüsusi əməliyyat Belarus vətəndaşlarını azad etmək məqsədilə aparılıb. Ukraynalılara xəbərdarlıq etdim ki, adamlarımızın azadlığı üçün xüsusi əməliyyat keçirməli olacağıq. Biz bu əməliyyatı keçirdik və onları azad etdik”,- Lukaşenko deyib.

 

Belarus lideri sözügedən əməliyyatın nə vaxt və hansı şəraitdə keçirilməsi barədə əlavə məlumat verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!