Modern.az

“Azəriqaz”ın rəhbərliyi Xəzər rayonun sahibkarları ilə görüşəcək

“Azəriqaz”ın rəhbərliyi Xəzər rayonun sahibkarları ilə görüşəcək

Aktual

12 Aprel 2022, 14:28

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xəzər rayonunda təşkil olunacaq.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, II Dünya Müharibəsi Veteranları Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” aprelin 14-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...