Modern.az

Hərbçimiz Kəlbəcərdə minaya düşdü

Hərbçimiz Kəlbəcərdə minaya düşdü

Aktual

20 Aprel 2022, 09:27

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşüb.

 

Modern.az-ın xəbərinə görə, hadisə aprelin 19-da Kəlbəcər rayonunun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.

 

Hərbçimiz hospitala yerləşdiirlib.

 

Fakt Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən Modern.az-a  təsdiqlənib.

 

Bildirilib ki, faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Dəhşətli döyüşlər gedir