“Bölgəmizdə baş verənlər göstərdi ki, Türkiyə əsas ölkədir”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Suriyadan tutmuş Ukraynaya qədər ətrafımızda baş verən hadisələr göstərdi ki, AK Partiya və Xalq Alyansı Türkiyənin əsas daşlarıdır. 6 partiyalı müxalifətin yeganə işi sosial mediada bir-birini uyğunlaşdırmaqdır. Bu süfrəni kimin açdığını, hansı çirkin alverlərin edildiyini millətimiz bilir”, - deyə Ərdoğan çıxışında vurğulayıb.