Modern.az

Spiker Gürcüstandakı səfirlikdə

Spiker Gürcüstandakı səfirlikdə

Aktual

20 Aprel 2022, 20:25

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata əsasən, spiker səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

 

Sonra səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

 

Parlamentin sədri səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, səfirliyin əməkdaşlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı