İtaliyanın Milan şəhərində aprelin 25-si yağan güclü yağışlar şəhərin şimal və şimal-qərbində yerləşən bir sıra məhəllələrin su altında qalmasına səbəb olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ekspertlər Seveso və Lambro çaylarında suyun səviyyəsini izləyirlər.
İtaliyanın Lombardiya bölgəsinin hökumətinin təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Qranelli bildirib ki, Sevesoda suyun səviyyəsi yüksək olub, lakin artıq aşağı düşür. Müvafiq xidmət əməkdaşları fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.
Daşqından zərər çəkənlər barədə məlumat verilməyib.