Modern.az

Yolu keçən 2 piyada öldü

Yolu keçən 2 piyada öldü

Aktual

26 Aprel 2022, 10:36

Aprelin 25-də iki piyada ölümü qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisələrdən biri saat 15 radələrində Şəmkir şəhəri ərazisində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakini A.Həsənov idarə etdiyi “VAZ-20174” markalı avtomobillə yolu keçən rayon sakini Əmiraslan Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
 

Günün ikinci hadisəsi isə saat 17 radələrində Quba şəhəri ərazisində baş verib. Şəhər sakini O.Zeynalov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Nəsrulla Abdullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

 

Hər iki faktla bağlı Rayon Polis Şöbələrində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı