Modern.az

20 nəfəri xilas edən əsgərimiz mükafatlandırıldı - VİDEO

20 nəfəri xilas edən əsgərimiz mükafatlandırıldı - VİDEO

Aktual

26 Aprel 2022, 12:04

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 16-da Kəlbəcərdə tank əleyhinə minanı aşkarlamış əsgər Mərdəli Aşurovu mükafatlandırıb.

 

Modern.az xəbər verir ki, əsgər Mərdəli Aşurov həmin vaxtı 20-ə yaxın insanın həyatını xilas edib.

 

Nümunəvi həkətinə görə əsgər məzuniyyətə göndərilib.

 

Xatırladaq ki, aprelin 16-da Kəlbəcərin Günəşli kəndinin sakinləri uzun illərdən sonra azad olunmuş doğma yurdlarına səfər edərkən mina təhlükəsi ilə qarşılaşıblar. Bu zaman təhlükəsizlik məqsədi ilə qrupu minaaxtaranlar müşahidə ediblər. 2003-cü il təvəllüdlü əsgər Mərdəli Aşırov evinə getmək istəyən vətəndaşı müşahidə etdiyi zaman yolun kənarında mina aşkarlayıb. Bununla əsgər 20 nəfərlik qrupu ölümdən xilas edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı