Modern.az

Türkiyənin 3 hərbçisi şəhid oldu

Türkiyənin 3 hərbçisi şəhid oldu

Aktual

26 Aprel 2022, 17:42

Türkiyənin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində pusquya düşən 3 hərbçi şəhid olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, hücum nəticəsində hərbçilərdən biri həlak olub, 4 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisi daha sonra dünyasını dəyişib.

 

Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə antiterror əməliyyatının davam etdiyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır