Modern.az

Türkiyə terroru dəstəkləyən ölkələrə qarşıdırÇavuşoğlu

“Türkiyə terroru dəstəkləyən ölkələrə qarşıdır” - Çavuşoğlu

Aktual

15 May 2022, 16:19

Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Onun sözlərinə görə, Türkiyə NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrinə dair narahatlığını tərəfdaşların diqqətinə çatdırıb. 

 

"Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır", - deyə XİN başçısı rəsmi Ankaranın mövqeyini bir daha diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...