Modern.az

Avroviziyanın qalibi ilə bağlı maraqlı FAKTLAR

“Avroviziya”nın qalibi ilə bağlı maraqlı FAKTLAR

Aktual

15 May 2022, 17:44

“Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olan Ukraynanın “Kaluş Orkestri” qrupunun ölkəni necə tərk etməsi ilə bağlı detallar məlum olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, kişilərdən ibarət qrup musiqi yarışmasında Ukrayna mədəniyyətini təmsil etmək üçün ölkəni tərk etməyə görə xüsusi icazə alıb.

 

Faktiki olaraq qrup üzvlərindən biri – Oleq Psiuk döyüşmək üçün ölkədə qalıb, digərləri isə iki gün ərzində müvəqqəti çıxış icazələrinin müddəti bitdikdən sonra Ukraynaya qayıdacaqlar.

 

“Nə edəcəyimi söyləmək çətindir, çünki “Avroviziya”da ilk dəfə qalib gəlirəm. Ancaq hər bir ukraynalı kimi mən də sona qədər döyüşməyə hazıram” - o deyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı