Modern.az

ATƏT Azərbaycan torpaqlarının işğalını tanıyıb - TBMM sədri

ATƏT Azərbaycan torpaqlarının işğalını tanıyıb - TBMM sədri

Aktual

17 May 2022, 16:00

"Bəzi təşkilatlar, o cümlədən ATƏT Azərbaycan torpaqlarının işğalını tanıyıb". 

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Milli Məclisdə keçirilən üçüncü ümumi konfransında deyib.

 

TBMM sədri qeyd edib ki, ötən müddət ərzində ATƏT-in Minsk qrupu həmsədrlik missiyasını üzərinə götürsə də, münaqişəni həll edə bilməyib:

 

"Prezident İlham Əliyevi 44 günlük müharibədə qazanılan Zəfərə görə bir daha təbrik edirəm. Qarabağ Azərbaycandır. Türkiyə Azərbaycana ona görə dəstək verir ki, haqlı mübarizə aparır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı