Modern.az

Ədliyyə naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Aktual

17 May 2022, 15:38

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov mayın 19-da Şəmkir rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 2, əlaqə telefonları: (+994 22) 305-82-50, (+994 50) 514-14-10), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

 

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?