Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 921 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 50 nəfərdir.
Ölkədə son sutka ərzində 3110, hazırkı dövrədək isə 6 858 298 test aparılıb.
