Modern.az

Nazir Ankarada azərbaycanlı həkimlərlə görüşüb - FOTO

Nazir Ankarada azərbaycanlı həkimlərlə görüşüb - FOTO

Aktual

17 May 2022, 23:34

Bu gün Ankarada yerləşən Şuşa Konfrans Mərkəzində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türkiyədə çalışan və ya təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşü keçirilib.

Modern.az xəbər verir ki, görüşdə səfir Rəşad Məmmədov açılış çıxışı edərək, Türkiyədəki azərbaycanlı həkimlərin istər 44 günlük Vətən müharibəsində, istərsə də koronavirus pandemiyası dövründə fədakarlığını qeyd edib, bu görüşün xüsusi əhəmiyyətini vurğulayıb.

Daha sonra səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sahəsinə ayrılan xüsusi diqqətdən danışıb, son illərdə ölkədə səhiyyə sahəsində aparılan islahatlar barədə məlumat verib.

Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə çıxış edərək, dərnəyin yaranması və fəaliyyətləri barədə geniş məlumat verib.

Görüş sual-cavab hissəsi ilə davam edib.

Azərbaycanlı həkimlər belə bir əhəmiyyətli görüşün təşkilinə görə təşəkkürlərini ifadə edib, səhiyyə nazirinə fəaliyyət prosesində rastlaşdıqları problemlər barədə məlumat verib və təkliflər irəli sürüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı