Modern.az

Yanğın 35 dəqiqəyə söndürülüb, 7 nəfər xilas edilib

Yanğın 35 dəqiqəyə söndürülüb, 7 nəfər xilas edilib

Aktual

18 May 2022, 00:30

Bakı şəhərinin Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğının söndürülməsinə 18 texnika və 92 nəfərlik şəxsi heyət cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, yanğın 35 dəqiqə ərzində lokallaşdırılıb. FHN rəsmisi bildirib ki, yanğın zamanı binada olan 7 nəfər təxliyə edilib:

 

"Yanğınsöndürənlər mənzildə bir qadın meyiti aşkar ediblər. Yanğının sahəsi təxminən 75 kvadratmetrdir. Hadisə nəticəsində yanğınsöndürənlər arasında xəsarət alan olmayıb. Yanğın zamanı üç mənzil və ümumi istifadədə olan eyvanlara ziyan dəyib".

 

Qeyd edək ki, hadisə nəticəsində binanın 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı