Modern.az

Gəncədə maşın oğrusu saxlanıldı

Gəncədə maşın oğrusu saxlanıldı

Aktual

18 May 2022, 10:38

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə mayın 17-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə şəhər sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsi ərazisində idarə edilərkən saxlanılıb.

 

Araşdırmalarla nəqliyyat vasitəsinin onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən olunub.

 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı