Modern.az

Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO

Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO

Aktual

18 May 2022, 23:20

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

 

Bildirilib ki, Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya deyib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub:

 

"Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı