Modern.az

Gəncə sakinindən narkotik götürüldü

Gəncə sakinindən narkotik götürüldü

Aktual

20 May 2022, 11:30

Gəncə sakinindən narkotik aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Nicat Musayev saxlanılaraq şöbəyə gətirilib. Ona məxsus avtomobilə baxış keçirilən zaman yük yerindən 3 kq-dan artıq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır