Modern.az

Şuşada silah-sursat tapıldı

Şuşada silah-sursat tapıldı

Aktual

20 May 2022, 12:24

Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 “Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı