Modern.az

Goranboylu fermerlər beynəlxalq sərgidə iştirak ediblər

Goranboylu fermerlər beynəlxalq sərgidə iştirak ediblər

Aktual

20 May 2022, 14:20

Mayın 18-20-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri keçirilib.

 

Modern.az xəbər verir ki, sərgidə  Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Rafət Qurbanov və rayonumuzun ən fəal 9 nəfər fermeri iştirak ediblər.

 

Sərgi çərçivəsində panel sessiyalar keçirilib. “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı”, “Daha yaxşı dünya üçün dayanıqlı kənd təsərrüfatı” mövzusunda müzakirələrdə yerli və xarici mütəxəssislər öz fikirlərini bölüşüblər. Bildirilib ki, iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkili aqrar sektorda innovasiya və texnologiyaların daha geniş istifadəsini zəruri edir. Bu gün dünyada mövcud olan təcrübələrin mübadilə edilməsi, o cümlədən aqrar texnologiya transferi vacibdir. Kənd təsərrüfatı mövzusunda keçirilən sərgilər yeni texnologiyalarla tanışlığa və praktikada tətbiq etməyə imkan verir. Bu səbəbdən müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgilərinə həmişə maraq böyük olur. Azərbaycanın kənd təsərrüfatı sektorunda aqrar innovasiyaların tətbiqi ildən-ilə genişlənir. Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı