Modern.az

Meymunçiçəyi geylər və biseksuallar arasında yayılır - ÜST

Meymunçiçəyi geylər və biseksuallar arasında yayılır - ÜST

Aktual

20 May 2022, 15:27

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı təcili iclas çağırıb.

 

Modern.az xəbər verir ki, ekspertlərin iştirak etdiyi iclasda hazırda virusla bağlı yaranmış təhlükəli vəziyyət müzakirə ediləcək.

 

İclasın əsas müzakirə mövzusu xəstəliyin geniş vüsət alması, virusun geylər və biseksuallar arasında daha çox yayılması, həmçinin, xəstəliyə qarşı vaksinasiya olacaq.

 

Qeyd edək ki, son günlər dünyanın bir çox ölkələrində ilk dəfə Afrikada aşkar edilmiş meymunçiçəyi xəstəliyinə rast gəlinib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı