Modern.az

“Xan Lənkəran” finalda “Cəbrayıl”a UDUZDU

“Xan Lənkəran” finalda “Cəbrayıl”a UDUZDU

Aktual

20 May 2022, 18:04

Futbol üzrə Region Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, final oyununda "Xan Lənkəran"a 1:0 hesabı ilə qalib gələn "Cəbrayıl" klubu çempion olub.

 

Şamaxı şəhər stadionundakı matçda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Görüşün əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltidən yararlana bilməyib.

 

Cavid Hüseynovun baş məşqçi olduğu kollektiv 2022/2023 mövsümündə Azərbaycanı UEFA Region Kubokunda təmsil edəcək.

 

Qeyd edək ki, 3-cü yer uğrunda keçirilmiş matçda isə "Araz-Naxçıvan" "Qusar"ı 2:1 hesabı ilə məğlub edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı