Türkiyənin Mərmərə Universiteti Türkşünaslıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Türk Tarixinin Qədim Şəhərləri” adlı Beynəlxalq Simpozium keçirilib.
Modern.az xəbər verir ki, simpozium 17-18 may 2022-ci il tarixlərində baş tutub.
Beynəlxalq simpoziumda təqdimatlar Məkkə-Qüds-Mədinə ilə başlayıb, İstanbulla yekunlaşıb. İki gün davam edən iclasda 26 qədim şəhər dini, dili, tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı, memarlığı, əhalisi və strateji əhəmiyyəti çərçivəsində qiymətləndirilib.
Simpoziumda Azərbaycan, Bosniya və Herseqovina, Özbəkistan və Qazaxıstandan olan 19 akademik iştirak edib.