Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə mədəniyyət evlərinin və muzeylərin Rusiya qoşunları tərəfindən atəşə tutulmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə teleqram kanalında paylaşım edib.
“Xarkov vilayəti, Lozovaya şəhəri... Rusiya raketi yeni rekonstruksiya edilmiş mədəniyyət binasına zərbə endirib. 7 qurban, o cümlədən 11 yaşlı uşaq.
İşğalçılar mədəniyyəti, təhsili, insanlığı özlərinə düşmən kimi təyin ediblər. Bunun üçü də nə raket, nə də bomba əsirgəyirlər. Belə hədəfləri seçən insanların ağlında nə var? Mütləq şəkildə pislik, mütləq axmaqlıq”, - deyə Ukrayna prezidenti paylaşımında qeyd edib.
Xatırladaq ki, bu gün Ukraynanın Xarkov vilayətinin Lozova şəhərindəki Mədəniyyət evi raket atəşinə tutulub. Hücum nəticəsində biri uşaq olmaqla 7 nəfər yaralanıb.